Xəbərlər 28.09.2023 10:52 1262

“Şəhidlərimiz qürurumuzdur!” aksiya keçirilib - VİDEO

“Regional İnkişaf” İctimai Birliyi 27 Sentyabr - Anım Gününə həsr edilən “Şəhidlərimiz qürurumuzdur!” aksiyası keçirib.

QHT.az xəbər verir ki, aksiya işğal altında olan torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğlullarının əziz xatirəsinə sonsuz hörmət və ehtiram nümayiş etdirmək məqsədilə təçkil olunub. Aksiyada Birliyinin könüllülərinin, şəhid övladları və gənclərin iştirakı ilə səmaya işıq fənərləri buraxılıb.

Aksiya çərçivəsində hazırlanan videoçarxı təqdim edirik.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı