Xəbərlər 14.09.2023 12:23 627

“İlkin investisiya layihəsinin hazırlanması” mövzusunda treyninq keçirilib

Sentyabrın 13-də Mingəçevirdə “İlkin investisiya layihəsinin hazırlanması” mövzusunda treyninq keçirilib.

QHT.az xəbər verir ki, təlim Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan “Mikro və Kiçik Sahibkarlığın (MKS) Investisiya Təminatı üçün İnnovativ Biznes Konsepsiyasının Yazılması” adlı layihə çərçivəsində reallaşıb.

Təlim, Mingəçevir Gənclər Evində 13 sentyabr tarixində mikro və kiçik sahibkarlara investisiya layihəsinin hazırlanması üzrə keçirilib. Tədbiri giriş sözü ilə AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Aran regional koordinatoru Ayaz Ədilov açıb. Daha sonra İRÖİB-in sədri, layihə üzrə təlimçi iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev sahibkarlara Azərbaycanda mövcud olan maliyyə mənbələri haqqında, dövlət və özəl investisiya şirkətləri barəsində məlumat verib, investisiya layihəsinin yazılması qaydası barədə muhazirə oxunub. Daha sonra iştirakçılar qruplara ayrılaraq öz ideyalarını praktiki olaraq hazırlamaq tapşırılıb. Sonra İqtisadi Resurların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru, layihə rəhbəri və maliyyə üzrə təlimçi Qafqaz Qəhrəmanlı isə layihə formasının smeta (büdcə) hissəsi mövzusu üzrə çıxış edib və büdcə hazırlanmasının praktiki yöndən izah edərək iştirakçılarla birlikdə nümunələr üzərində işlənib.

Qeyd edək ki, 15-ə yaxın şəxsin olduğu tədbirdə əsasən sahibkarlar və yeni iş qurmaq istəyən təşəbbüskarlar iştirak edib. Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.

  

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı