UNEC-də təhsilin keyfiyyətinin artırılması məsələləri müzakirə olunub - FOTOLAR
"Bu gün PaşaHoldinqin Baş İqtisadçısı Elman Eminov, GiLTEX MMC-nin Baş Direktoru Esmin Xəlilovla UNEC-də ənənəvi olaraq həyata keçiriliən tekstil sənayesi üzrə mühəndislik hazırlığının mövcud vəziyyəti və bu sahədə təhsilin keyfiyyətinin artırılması, onun real sektorun tələblərinə uyğunlaşdırılması məsələlərini müzakirə etdik".
QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib. Professorun sözlərinə görə, dizayn üzrə UNEC-in müəllim və tələbələrinin potensialının GiLTEX MMC inkişaf perspektivlərinə uyğun reallaşdırılması yolları müzakirə edilib.
Pərvanə Fərhadqızı