"Boşuna yaşamadım!" adlı yubiley tədbiri keçirilib - FOTOLAR
Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin və Lənkəran şəhər H. Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə şair-qəzəlxan Xatirə Xatunun həyat və yaradıcılığına həsr olunmuş "Boşuna yaşamadım!" adlı yubiley tədbiri keçirilib.
QHT.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyi Lənkəran zona bölməsinin sədri Qafar Cəfərli məlumat verib. O, qeyd edib ki, tədbirdə Bakı şəhərindən və bölgədə yaşayan çoxsaylı yazarlar, ziyalılar, tələbələr, məktəblilər, yubilyarın ailə üzvləri,iş yoldaşları, qohumları və dostları iştirak ediblər: “Bədii-musiqili tədbirdə çıxış edənlər yubilyar haqqında xoş sözlərini deyib təbrik etdilər, əsərlərindən ifa ediblər. Yubilyara AYB-nin Fəxri Diplomu və çoxsaylı hədiyyələr təqdim edilib. Muğam ustasının, müğənnilərin,"Nənələr" qrupların çıxışları böyük rəğbətlə qarşılanıb”.
Pərvanə Fərhadqızı