Milyonlarla dollar havadan atıldı, insanlar pulu toplamaq üçün bir araya gəldilər
Çex televiziya ulduzu Kamil Bartoşek mükafatlı müsabiqə keçirəcəyini açıqlasa da, hər kəsin qələbə şansının ola biləcəyini açıqladıqdan sonra tək qalib seçmək əvəzinə rekord qıran hadisə yaradıb. Sosial mediada yayılan görüntülər bəzilərini əyləndirsə də, milyon dollarlıq şou tənqidlərə də səbəb olub.
QHT.az xəbər verir ki, İngiltərədə müsabiqə üçün müraciət edənlərə e-poçt göndərilib və onlara müəyyən vaxtda təyin olunmuş görüş yerində olmaları lazım olduğu bildirilib. Daha sonra Bartoşek helikopterlə görüş yerinin səmasında peyda olub və qutulara doldurulmuş 1 milyon kağız əskinasları iştirakçıların üzərinə atıb.
Görüntülər sosial şəbəkələrdə izlənmə rekordları qırıb. İştirakçılar arasında əskinasları toplamaq üçün çanta və çətirdən istifadə edənlərlə yanaşı, onları paltarına dolduranların da olduğu görülüb.
Pərvanə Fərhadqızı