Xəbərlər 13.11.2023 15:16 3220

İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri “Ağıllı şəhər” 2023 dünya konqresində iştirak edib - FOTOLAR

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri (M4EG) təşəbbüsü çərçivəsində, M4EG komandası və “İçərişəhər” administrasiyasının nümayəndələri İspaniyanın Barselona şəhərində keçirilən “Ağıllı şəhər” 2023 dünya konqresində iştirak edib.

QHT.az xəbər verir ki, “İçərişəhər” administrasiyası hazırda “Ağıllı İçərişəhər” layihəsini həyata keçirir. Bu baxımdan, şəhər idarəçiliyindəki ən son yeniliklərin araşdırılması məqsədi daşıyan bu səfər gözəl bir öyrənmə fürsəti oldu.

Qeyd edək ki, bu Azərbaycan Respublikası da daxil olmaqla, Şərq Tərəfdaşlığı ölkələrində yerli hakimiyyət orqanlarına dəstək məqsədi daşıyan və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən təşəbbüsdür.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı