Xəbərlər 20.11.2023 10:07 1051

Qarakənd faciəsindən 32 il ötür

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür.

QHT.az xəbər verir ki, 1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır:

  • Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
  • İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror
  • Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri
  • Zülfü Saleh oğlu Hacıyev – baş nazirin müavini
  • Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
  • Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
  • Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri
  • Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
  • İqor Aleksandiroviç Plaviski – keçmiş DQMV-nin prokuroru
  • Vladimir Vladimiroviç Kovalyov – keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəisi
  • Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
  • Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
  • Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini
  • Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
  • Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
  • Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
  • Alı Mustafa oğlu Mustafayev – telejurnalist
  • Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısı
  • Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator
  • Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri
  • Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü
  • Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü

Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Onları dərin ehtiramla anırıq. Allah rəhmət eləsin.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı