Xəbərlər 20.11.2023 12:33 2102

Bu film tarixi materiallar yoxa çıxmadan vaxtında çəkilmiş ekran əsəri kimi əvəzolunmazdır - VİDEO

“Arazın o tayında” sənədli filmi Güney Azərbaycanda xalqın öz azadlığı, müstəqilliyi uğrunda və Milli Hərəkat haqqında çəkilən dəyərli bir kino salnaməsidir.

Azərbaycan Yazıçılar Birliyindən QHT.az-a verilən məlumata görə, film rus kinorejissoru Esfir Şub tərəfindən 1947-ci ildə çəkilib və Bakı Kinostudiyasında istehsal edilib. Filmdə 1945-1946-cı illərdəki Güney Azərbaycan, orada yaşayan insanların həyat tərzi, Milli Hökumətin həyata keçirdiyi qısamüddətli milli islahatlar nümayiş olunur.

“Arazın o tayında” filmində Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş zəngin və qiymətli kinomateriallardan istifadə olunub. Bu film tarixi materiallar yoxa çıxmadan vaxtında çəkilmiş ekran əsəri kimi də əvəzolunmazdır. "Arazın o tayında” filminin əsas ideyası budur ki, xalqın mübarizəsi ağır həyat şəraitindən, dözülməz sosial vəziyyətdən doğan bir hərəkatdır. Filmdə azadlıq hərəkatına başçılıq edən insanlar - Şeyx Xiyabani, Səttar xan, Bağır xan, Pişəvəri, Qulam Yəhya və başqalarının xalq arasında qazandığı məhəbbət diqqəti çəkir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı