Xəbərlər 01.12.2023 12:29 3458

“QİÇS –lə heç bir qurum təkbaşına mübarizə apara bilməz, həm dövlət qurumları, həm cəmiyyət əl-ələ verməlidir”- TƏBİB-in nümayəndəsi

“TƏBİB QİÇS-lə mübarizənin hər mərhələsində sıx əməkdaşlıq edir. QİÇS-in aşkarlanmasında, xəstələrin müalicəyə cəlb olunmasında sıx əməkdaşlığa çalışırıq. Noyabr ayında artıq 3-cü dəfə TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə TƏBİB adındam məktublar göndərilib. Məktublarda risk qruplarının müayinələrə cəlb olunması və bu müayinələrin mütləq QİÇS Mərkəzində aparılması haqqında xatırlayıcı məktub göndərilmişdir”.

QHT.az xəbər verir ki, bu sözləri bu gün keçirilən Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr olunmuş konfransda TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva qeyd edib. O, bundan əlavə TƏBİB –in infeksion nəzarət sisteminin qurulmasında rolunu qeyd edib: “Artıq biz 2020-ci ildən infeksion nəzarət proqramlarının tətbiq olunması, komitələrin qurulması istiqamətində çalışırıq. Bu sistem qurulanda biz pandemiya dövrünü yaşayırdıq. İnfeksiyon nəzarət hər hansı xəstəxana daxilində hər hansı bir yolxucu xəstəliyin qarşısını alacaq bir sistemdir. Qanla yayılan xəstəliklər var ki, QİÇS də bura aiddir. Bu istiqamətdə də işlər görülür, təlimatlandırıcı faktlar müəssisələrə paylanılır. Önəmli məsələ maarifləndirmə işləridir. Biz QİÇS mərkəzi ilə birlikdə çalışırıq. QİÇS elə bir xəstəlikdir ki, bununla heç bir qurum təkbaşına mübarizə apara bilməz. Həm dövlət qurumları, həm cəmiyyət əl-ələ verməlidir”.

 

 

Pərvanə Fərhadqızı   


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı