Xəbərlər 01.12.2023 12:55 4849

QHT "Heydər Əliyev və mənim gözəl paytaxtın” layihəsinin icrasına başlayıb

“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə Sabunçu rayonu, Maştağa, Nardaran və Bilgəh  qəsəbələrində yerləşən 9 ümumtəhsil məktəbində “Heydər Əliyev və mənim gözəl paytaxtın” layihəsinin  icrasına başlayıb.

Bu barədə “Oriqami” uşaq və yeniyetmələr İctimai Birliyinin sədri Namiq Nəcəfov QHT.az-a məlumat verib. O, qeyd edib ki, layihə dekabrın 1-də başlayır, 2024- cü ilin fevral ayının 28-də bitəcək: “Azərbaycan Respublikasının  Gənclər Fondunun  maliyyə yardımı ilə  Bakı şəhəri ,Sabunçu rayonu  Maştağa, Nardaran və Bilgəh qəsəbələrində “Heydər Əliyev və mənim gözəl paytaxtım”   layihəsinin icrasına başlayıb. “Heydər Əliyev İli “ çərçivəsində icra olunacaq “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin Sabunçu rayonu Maştağa qəsəbəsi K.Məmmədov adına 209 № li., C.Cabbarlı adına 187 № li., C.Nurməmmədov adına  108 № li, Ə.Vahid adına 293 № li., N.Nərimanov adına 128 № li, Nardaran qəsəbəsi 130 № li və 295 № li tam orta məktəblərdə  və Bilgəh qəsəbəsi 142 № li tam orta məktəbdə  7-9 - cu sinif şagirdləri arasında icrası planlaşdırılır”.

QHT sədri həmçinin bildirib ki, layihə Ulu Ondər, Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın yaradılmasında, ordunun, iqtisadiyyatının, təhsilin, idmanın inkişafında, gənclər siyasətinin formalaşmasında, Respublikamızın paytaxtı - Bakı şəhərinin böyüməsi, abadlaşması, inkişafı istiqamətində böyük, çoxşaxəli fəaliyyəti və görkəmlı xidmətlərinin məktəblilər  tərəfindən rəsmlərdə, əl işlərində təcəssüm etdirilməsinə  və həmin nümunələrdən ibarət Sərginin təşkilinə həsr olunur: “Layihənin məqsədi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi İlində Bakıətrafı kənd və qəsəbə gənclərinin Ulu Öndərə  olan böyük sevgisini, dərin ehtiramını bir daha əks etdirmək üçün təsviri və tətbiqi yaradıcılıq nümunələri hazırlayaraq Sərgi təşkil etməkdir”.

Qeyd edək ki, layihə çərçivəsində, məktəblərdə, təqdimatların keçirilməsi, sərgiyə qoşulan hər bir iştirakçının hədiyyələrlə və təmsil etdiyi təhsil oçağının Təşəkkürnamələr ilə rəğbətlənməsi nəzərdə tutulur.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı