“Qadınlara qarşı zorakılığa son” adlı tədbir keçirilib - FOTOLAR
Noyabrın 29-u "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyası çərçivəsində Gəncə şəhəri İcra Hakimiyyəti Gəncə şəhər Nizami rayon Bələdiyyəsi ilə birgə ADAU -də “Qadınlara qarşı zorakılığa son” adlı tədbir həyata keçirib.
QHT.az xəbər verir ki, tədbirdə ekspert qismində “Təmas” Regional İnkişaf ictimai birliyinin həmsədrləri Kubra Ələkbərova və Südabə Məmmədova iştirak ediblər. Tədbrdə genderəsaslı zorakılıq, onu doğuran səbəblər və mübarizə yolları müzakirə olunub. Həmçinin, qərb bölgəsində məişət zorakılğından əziyyət çəkən qadın və uşaqlar üçün fəaliyyət göstərən sığınacagın fəaliyyəti haqqında geniş məlumat verilib. Mərkəzə müraciət edən və istiqamətləndirilən zorakılıq qurbanlarının göstərilən hüquqi, psixoloji xidmətlərdən bəhs edilib. Sonda təşkilatın Qaynar Xətti haqqında məlumat verilib.
R.İmanov