“Bullinqə birlikdə “Son” deyək!” adlı oğlanlar arasında üçüncü təlim keçirilib - FOTOLAR
Noyabrın 25-də layihənin fəaliyyətləri çərçivəsində oğlanlar qrupu üçün üçüncü təlim keçirilib. Neftçala rayonu Xıllı qəsəbə 1 saylı tam orta məktəbində keçirilən təlimdə Xıllı qəsəbə 1 saylı tam orta məktəbin, Xıllı qəsəbə 2 saylı tam orta məktəbin və Astanlı kənd tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
QHT.az xəbər verir ki, təlimdə mentor Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Kəmalə Ağazadə, təlimçi Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə, psixoloq Təranə Mehtiyeva, sosioloq Mətanət Quliyeva tərəfindən məlumatlar verilib.
Təlim zamanı bullinqin növləri və formalarını əks etdirən videoçarx nümayiş olunub. İştirakçılar qruplara bölünərək tapşırıqlar icra ediblər. Təqdimatlar zamanı bullinqlə bağlı danışılan nümunələr təlimin daha maraqlı və yaddaqalan olması ilə nəticələnib.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi əsasında Neftçala rayonunda icra olunan “Bullinqə birlikdə “Son” deyək!” layihəsinin müəllifi Xıllı qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Günay Nağıyevadır.
R.İmanov