Xəbərlər 04.12.2023 11:18 2130

Qarabağ Universitetində turizm fakültəsinin açılması planları var

Qarabağ Universitetində turizm fakültəsinin açılması planları var və bu istiqamətdə iş aparılır”.

 

QHT. az  Oxu.Az-a istinadən  məlumatına görə, bunu Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü” konfransında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, universitetdə tədrisə 2024-cü ilin sentyabrında başlanması planlaşdırılır:

 

“Hətta Qarabağda ali və orta ixtisas təhsili səviyyəsində turizm ixtisasının olması planları var. İnanırıq ki, bu, bölgənin də inkişafına töhfə verəcək. Turizm sahəsinə maraq böyükdür və ölkəmizin bu istiqamətdə böyük potensialı var. Bu sahədə şəbəkələşmə vacibdir. Eyni sahədə çalışan akademik şəxslərin, dövlət nümayəndələrinin bir araya gəlməsi də önəmlidir”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı