Xəbərlər 04.12.2023 18:20 1261

Qəhrəman şəhidimiz Ülvi Azayevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ülvi Maqsud oğlu Azayev 2001-ci il dekabrın 4-də Kürdəmir rayonunun Ərəb Qubalı kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2020-ci ildən Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olan Ülvi Azayev 44 günlük Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 2-də bu istiqamətdəki döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Ülvi Azayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı