30 aprel - Xüsusi Təyinatlı Qüvvələrin Yaranması Günüdür - VİDEO
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri 26 il bundan öncə - 1999-cu ilin 30 aprel tarixində yaradılıb. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak edib.
QHT.az xəbər verir ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar. Xüsusi Təyinatlı Qüvvələr "Aprel" döyüşləri, Vətən müharibəsi və Antiterror döyüşləri zamanı misilsiz qəhrəmanlıqlar göstərərək Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında mühüm rol oynayıblar. Azərbaycan XTQ-nin tarixi Şuşa şəhərini işğal azad etmək üçün həyata keçirdiyi əməliyyat dünya hərb tarixinə düşərək bir sıra ölkələrin ordularında dərs olaraq tədris olunub.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən Konstitusiya və Suverenlik ili çərçivəsində 30 aprel-Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının 26-cı ildönümü münasibəti ilə hazırlanmış “Sədaqətim şərəfimdir” adlı videoçarxı təqdim edirik.