Xəbərlər 05.12.2023 21:48 1752

Şəhid Zaur Dadaşovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zaur Zümrüd oğlu Dadaşov 1997-ci il dekabrın 5-də Rusiya Federasiyasının Surqut şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 2000-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. 2016-cı ilin yanvar ayında hərbi xidmətə yollanıb və 2017-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olub. O, 2020-ci il sentyabr ayının 9-da MAHHXHQ kimi Qusar rayonundakı N saylı hərbi hissədə xidmətə başlayıb. Zaur Dadaşov 44 günlük Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 12 oktyabr tarixində qəhrəmancasına şəhid olub.

Zaur Dadaşov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı