QHT nümayəndə heyəti Belarus Respublikasına səfər edib - FOTOLAR
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclərdən ibarət Azərbaycan nümayəndə heyətinin 27 noyabr - 1 dekabr tarixlərində Belarus Respublikasına səfəri olub.
QHT.az xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Kənan Bəşirzadənin də daxil olduğu nümayəndə heyəti Belarusun Minsk, Qrodno və Lida şəhərlərində "Azərbaycan gəncləri günləri" çərçivəsində təşkil edilən tədbir və görüşlərdə iştirak edib.
Qeyd edək ki, səfər zamanı, heyət Belarusun müxtəlif bölgələrində fərqli tədbirlər və proqramlarda iştirak edib və öz təcrübələrini paylaşmaq imkanı əldə ediblər. Bu nəticədə, iki ölkə arasında gənclər arasında daha böyük anlayış və əlaqələr formalaşır.
R.İmanov