"Bayramlar ilə bağlı xarici səfərlərin çoxalması dollara tələbi artırır"- ekspert
Valyuta hərraclarında dollara tələbin yenidən artması müşahidə olunur. Son 3 hərracda 241.1 milyon dollar satılıb. Digər tərəfdən, son 3 hərracda hər satış əvvəlkindən daha çox olub.
QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır: "Dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Öncədən proqnozlaşdırıldığı kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır. Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Gələn il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Pərvanə Fərhadqızı