Xəbərlər 06.12.2023 10:56 1522

Şəhidimiz Əlizamin İsgəndərovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Əlizamin Həmid oğlu İsgəndərov 1977-ci il dekabrın 6-da Beyləqan rayonunun Milabad qəsəbəində anadan olub.

QHT.az xəbər verir ki, 1996-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2006-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirib. 2016-cı ildən müqavilə əsasında Kəşfiyyat Manqasının Komandiri kimi xidmət edən Əlizamin İsgəndərov 44 günlük Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 5-də Daşaltı istiqamətində qəhrəmancasına şəhid olub

Əlizamin İsgəndərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı