"Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycan xalqının qəlbində ən böyük hüquq müdafiəçisi kimi qalmaqdadır" - Əli Hüseynli
"Heydər Əliyev bütün həyatı boyu demokratiya, qanunun ali prinsipinə hörmətlə yanaşmışdı. Onun rəhbərlik etdiyi sovet Azərbaycanında belə hallar olmamışdır. Fərqli fikirli ziyalılar H. Əliyev tərəfindən daima qorunmuşdur. Təəssüf ki, 1987-93 – cü illərdə xalqımızın həm fərdi, həm də kollektiv hüquqları sistemli şəkildə pozulurdu. 1993-cü ildə H.Əliyevin yenidən qayıdışı ilə insan hüquqlarını önə çəkməyə başladı. Mətbuatda senzura ləğv edildi, ölüm cəzasının ləğvi ilə bağlı tədbirlər görüldü, Konstitusiya qəbul edildi, insan hüquqları sahəsində Azərbaycan BMT-nin konvensiyasına qoşuldu, 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv oldu. Avropa Şurasına Azərbaycan nə qədər lazımdırsa, Azərbaycana da Avropa Şurası bir o qədər lazımdır. Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycan xalqının qəlbində ən böyük hüquq müdafiəçisi kimi qalmaqdadır".
QHT.az xəbər verir ki, Milli Məclis sədrinin 1-ci müavini Əli Hüseynli Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə, Hüquq və İnsan Haqlan İnstitutunun 25 illik yubileyinə və 10 dekabr Beynəlxalq İnsan Hüquqlan Gününə həsr olunmuş tədbir zamanı bildirib.
Pərvanə Fərhadqızı