Xəbərlər 08.12.2023 16:43 2713

QHT sədri: “Bu, müharibə əlilləri olan həssas, sosial kateqoriyaya dövlət tərəfindən edilən dəstəyin göstəricisidir” / FOTOLAR

Bu gün 4 saylı Dost Agentliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan daha 50 nəfərə minik avtomobilləri verilib. Avtomobillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Nazirlik yanında İctimai şuranın sədri Elşad Məmmədov təqdim edib.

Professor Elşad Məmmədov QHT.az-a bildirib ki, bu kifiyət qədər böyük göstərici kimi qəbul oluna bilər. QHT sədri qeyd edib ki, 3 il keçməsinə baxmayaraq artıq 374 avtomobil müvafiq qaydada təqdim edilib: “Ümumən ötən dövrdə 7550 avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib. Bu da ölkədə müharibə iştirakçıları və müharibə əlilləri olan həssas sosial kateqoriyaya dövlət tərəfindən edilən dəstəyin göstəricisidir. Biz də İctimai Şura olaraq qeyd etməliyik ki, bu proses Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kifayət qədər şəffaf şəkildə həyata keçirilir, tam effektiv, çevik, operativ fəaliyyətə keçirilir”.

Qeyd edək ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlara göstərilən hərtərəfli qayğıya, yeni avtomobillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı