Xəbərlər 12.12.2023 17:20 1909

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” adlı tədbirdən - FOTOLAR

Qadın Gündəliyi Milli Dialoq Platformasının təşəbbüsü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT Azərbaycan, Bakı şəhər Təhsil İdarəsi və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın əməkdaşlığı ilə BREN layihəsi çərçivəsində 20 nömrəli məktəb liseydə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində tədbir baş tutub.

QHT.az xəbər verir ki, bununla yanaşı, ilk dəfə olaraq “Məktəblinin dostu” layihəsi bu kampaniyaya qoşulub. Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumu rəsmiləri, ictimai birlik və təşkilat nümayəndələri, "Məktəblinin dostu" layihəsi çərçivəsində həmin məktəbdə fəaliyyət göstərən layihə nümayəndələri, şagird və valideynlər iştirak ediblər.

Sonda, tədbir iştirakçıları əl-ələ verərək "Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək!" sloqanını səsləndiriblər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı