Xəbərlər 19.04.2024 13:16 25991

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi - 3 il

"Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaranmasının 3 ili tamam olur. Əminliklə qeyd etmək olar ki, ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasında, QHT-lərin dövlət və cəmiyyətlə əlaqələrinin qurulmasında, bu sahədə uğurların əldə edilməsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rolu böyükdür".

Bu sözləri Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü Xanoğlan Əhmədov QHT.az-a bildirib. Onun sözlərinə görə, Dövlət Dəstəyi Agentliyinin təsis edilməsindən sonra QHT-lərin fəaliyyəti daha da sistemli şəkil almağa başlayıb: "Bu son 3 ildə Agentliyin fəaliyyəti sayəsində ictimai sektorda ciddi islahatlar və dəyişikliklər baş verib. QHT-Hökumət münasibətləri müsbət məcrada inkişaf edib. Hazırda Agentliyin yeni QHT obrazının yaradılması yönündəki fəaliyyəti və aparılan islahatlar müsbət nəticələrlə müşaiyət olunmaqdadır. Fikrimcə, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu istiqamətdəki fəaliyyətini bundan sonra daha da inkişaf etdirməsi üçün islahatları davam etdirməli və gücləndirilməlidir. Agentlik ictimai sektorun nüfuzunun yüksəlməsi üçün səlahiyyətləri və imkanları çərçivəsində QHT-lərin inkişafına, onların qaldırdığı problemlərə ciddi dəstək verməli, bacarıqlı, savadlı kadrların ictimai sektora cəlb olunmasına yardımçı olmalıdır".

Xanoğlan Əhmədov həmçinin bildirib ki, bu sahədə aparılan islahatlar QHT-lərin ictimai nüfuzunun artmasına, ictimaiyyətlə əlaqələrinin güclənməsinə ciddi fayda verəcək: "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyini, Müşahidə Şurasının üzvlərini, bütün QHT cameəsini bu gün münasibətilə təbrik edirəm və gələcək fəaliyyətlərində böyük uğurlar arzulayıram"!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı