Qrantlar 13.02.2024 23:01 67812

Qrant müsabiqəsi elan edildi: MƏBLƏĞ 30 000 MANATADƏK

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə gənclər təşkilatları üçün 2024-cü il üzrə qrant müsabiqəsini elan edir.


Qrant müsabiqəsi “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın “5.2.19. gənclər üçün aktual olan məsələlərin həllində gənclərin qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmaq” bəndi çərçivəsində təşkil edilir.


Qrant müsabiqəsində iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərinə dair sənədlərin qəbulu 13 fevral 2024-cü il tarixindən 1 mart 2024-cü il saat 18:00-a qədər davam edəcək. 


Layihələrin dəyərləndirilməsi:

Son müraciət tarixi başa çatdıqdan sonra toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcəkdir. Daha sonra uyğun meyarlara cavab verən layihə təkliflərini təqdim edən gənclər təşkilatlarının nümayəndələri təqdimat mərhələsinə dəvət olunacaqlar. Təqdimat mərhələsini də uğurla keçən təşkilatların layihələri qalib elan olunacaq. Müsabiqənin nəticələri 2024-cü ilin aprel ayında elan olunacaq.  


Layihə müraciətləri üzrə mövzular üçün klik edin.

 

Layihələrin müddəti:

Müsabiqəyə təqdim olunmuş müraciətlərin icra müddəti 3 aydan az, 6 aydan çox olmamalıdır.

 

Layihələrin məbləği:

Layihələr üzrə müraciət məbləğinin dəyəri 30 000 (otuz min) manatdan çox olmamalıdır.

 

Layihələrin təqdim olunmasına dair əsas tələblər:

- Layihə təkliflərinin hazırlanması zamanı Gənclər və İdman Nazirliyinin saytında yerləşdirilən nümunəvi sənəd formalarından istifadə olunmalıdır;

- Sənədlər hazır olduqdan sonra [email protected] elektron poçt ünvanına göndərilməlidir. Göndərildikdən sonra 1 gün ərzində qeydə alındığına dair təsdiq cavabı alınacaqdır. Başqa heç bir mənbəyə göndərilən sənədlər qəbul edilmir. Müraciətlərin qəbulu yalnız qeyd olunan e-mail vasitəsilə aparılır;

- Müraciətlər dəyərləndirilən zaman mahiyyətinə və resurslarına uyğun olaraq regionlarda, həmçinin 2024-cü ilin Gənclər Paytaxtı olan Lənkəran şəhərində keçirilməsi nəzərdə tutulan layihələrə üstünlük veriləcəkdir;

- Layihə təkliflərinin məzmunu, icrası və büdcəsi paralel şəkildə təhlil olunacaqdır. Buna əsasən layihənin müraciət məbləğinin dəyəri müəyyənləşəcəkdir;

- Layihələr Azərbaycan dilində və Arial şriftində yazılaraq təqdim edilməlidir.

- Gənclər təşkilatlarının qrant müsabiqəsi çərçivəsində yalnız 1 layihə təqdim edə bilər;

- Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Nazirlik tərəfindən əlavə və ya təkrar maliyyələşdirilə bilməz.


Büdcənin tərtibatına dair tələblər

- Büdcənin tərtibi “Excel” formatda aparılmalı və məbləğ AZN-lə göstərilməlidir. Elana forma əlavə olunub.
- Büdcə tərtib edilən zaman real bazar qiyməti göstərilməlidir. 
- Orta bazar qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtimal olunan qiymətlərin hesablanması üsulları” ilə 6 üsuldan biri ilə həyata keçirilə bilər (maddə 2).

 

Aşağıdakı qrant alanların və ya layihələrin müsabiqədə iştirakına yol verilmir:

- Nazirliyin maliyyələşdirdiyi və icra müddəti bitməyən layihələrin icraçıları;
- Daha əvvəl keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;
- Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə ziddiyyət təşkil edən layihələr;
- Nazirliyin maliyyələşdirdiyi və icra müddəti bitmiş, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixə 15 (on beş) gün qalmış maliyyə hesabatlarını Nazirliyə təqdim etməmiş, Nazirliyə qarşı maliyyə öhdəliyi olan qrant alanlar;
- Siyasi, xeyriyyə, kommersiya və dini fəaliyyəti nəzərdə tutan layihələr Nazirlik tərəfindən maliyyələşdirilmir.


Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:

- Mahiyyətinə, mövzu istiqamətinə və resurslarına uyğun olaraq regionlarda, həmçinin 2024-cü ilin Gənclər Paytaxtı olan Lənkəran şəhərində keçirilməsi nəzərdə tutulan layihələrə;

- Dövlət qeydiyyatına alınmış gənclər təşkilatları tərəfindən təqdim edilən layihələrin nizamnaməsinə əsasən fəaliyyət istiqamətinə uyğun təqdim edilən layihələrə;

- Müraciət olunan layihələrin mövzulara uyğun olması, minimum 3 şəhər və rayondan olan gənclərin əhatə olunmasını nəzərdə tutan layihələrə üstünlük verilir.


Müsabiqənin başlama tarixi:

Layihə təklifləri 13 fevral 2024-cü il tarixindən başlayaraq təqdim edilə bilər.

 

Layihə təkliflərinin qəbulu üçün son tarix:

Layihə təklifləri üçün son müraciət tarixi 1 mart 2024-cü il, saat 18:00-dək müəyyən edilib.


Müsabiqədə iştirak etmək üçün təqdim olunan məlumatlar:

AZE01 - Ərizə forması;
AZE02 - Layihə təklifi;
AZE03 - Fəaliyyət planı;
AZE04 - Xərclər smetası;
AZE05 - Müşayiət məktubu;
AZE06 - Layihə təqdim edən gənclər təşkilatlarının müvafiq olaraq son 3 (üç) il ərzində fəaliyyəti, həyata keçirilən layihələr, habelə proqramlar barədə müvafiq olaraq maksimum 15 (on beş) informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.

Qeyd: İlk 6 bənd üzrə sənədlərin elektron formada olan nümunələrini buraya klik edərək əldə edə bilərsiniz.

 

AZE07 - Dövlət qeydiyyatı haqqında şəhadətnamə;
AZE08 - Nizamnamə (təsdiq edilmiş sənədin bütün səhifələri);
AZE09 - Reyestrdən çıxarış;
AZE10 - VÖEN (sənədin hər iki üzü);
AZE11 - Gənclər təşkilatının bank rekvizitləri (Bankın möhür və imzası ilə);
AZE12 - Gənclər təşkilatının rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti (sənədin hər iki üzü);
AZE13 - Gənclər təşkilatının rəhbərinin CV-si;
AZE14 - Gənclər təşkilatının (və ya layihənin) mühasibinin CV-si və şəxsiyyət vəsiqəsi surəti;
AZE15 - Layihə rəhbərinin CV və şəxsiyyət vəsiqəsinin surəti;


Ərizələrin qeydə alınmasından imtina üçün əsas  səbəblər

- Tələb olunan sənədlər tam təqdim edilmədikdə;
- Təqdim olunan sənədlərdə səlahiyyət müddəti bitdikdə.


Əlaqə

Qrant müsabiqəsi ilə bağlı sual yaranarsa, Gənclər və İdman Nazirliyinin “187” çağrı mərkəzinə (İctimai inkişaf sektoru ilə əlaqə üçün) və ya [email protected]ünvanına müraciət edə bilərsiniz.

 

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı