Xəbərlər 22.01.2024 10:22 1276

Nazir: “Üç il ərzində sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib”

“Bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılmasından üç il ötür”.

 

QHT.az bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşıb.

 

O bildirib ki, bu müddət ərzində Agentliyin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 17 müəssisə fəaliyyətə başlayıb, 1 336 daimi iş yeri yaradılıb.

 

“Bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 35,7%-i (yəni 3,02 milyard manat) ixracın payına düşür”, - deyə nazir qeyd edir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı