Xəbərlər 24.01.2024 00:52 1846

2024-cü ildə ziyarət ediləcək dünyanın 10 ən yaxşı şəhəri açıqlanıb

Səyahət və əyləncə portalı 2024-cü ildə ziyarət edilməli dünyanın ən yaxşı şəhərlərinin son siyahısını açıqlayıb.

QHT.az xəbər verir ki, reytinq tərtibatçılarının qeyd etdiyi kimi, bu, yerli sakinlər arasında, xüsusən də şəhərlərində yeməklərin, mədəniyyətin və gecə həyatının keyfiyyəti və əlçatanlığı ilə bağlı qlobal sorğuya əsaslanıb. Vətəndaşlardan yaşadıqları şəhərdə xoşbəxt olub-olmadıqları, orada gözəl olub-olmaması və sosial əlaqələr qurmağın asan olub-olmaması da soruşulub. Adi vətəndaşlarla yanaşı, səyahət və şəhər həyatı üzrə ekspertlər də müsahibə alıb. Bütün bunlar turistlərə növbəti istirahət məkanını seçməkdə kömək etməlidir.

Reytinqə ABŞ-ın Nyu York şəhəri başçılıq edir. Mütəxəssislər qeyd ediblər ki, bu şəhər "heç vaxt yatmır" çünki onun bir çox restoran, bar və mağazaları 24 saat açıqdır. Şəhərin qalereyaları və muzeyləri davamlı olaraq sərgilərə ev sahibliyi edir, ilin hansı vaxtından asılı olmayaraq, şəhərin hər yerində müxtəlif festivallar keçirilir.

2024-cü ildə dünyanın ən yaxşı 10 şəhəri

1. Nyu York, ABŞ.

2. Keyptaun, Cənubi Afrika.

3. Berlin, Almaniya.

4. London, Böyük Britaniya.

5. Madrid, İspaniya.

6. Mexiko şəhəri, Meksika.

7. Liverpul, Böyük Britaniya.

8. Tokio, Yaponiya.

9. Roma, İtaliya.

10. Porto, Portuqaliya.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı