Xəbərlər 21.02.2024 19:51 2112

"... hər hansısa inflyasiya yaratma təhlükəsi yoxdur" - İQTİSADÇI EKSPERT

“Bu gün qabaqlayıcı iqtisadi inkişafın təmin edilməsində həm daxili, həm xarici investisiya amili çox böyük rol oynayır. Bu investisiyalar təmin olunmadan ölkə iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edə bilməz”.

Bu fikirləri iqtisadçı ekspert Aslan Əzimzadə QHT.az- a açıqlaması zamanı bildirib. Ekspert Azərbaycanda son illər ərzində investisiya axınlarında müəyyən artımlar olduğunu, lakin bu potensialda aşağı səviyyədə yer aldığını qeyd edib: “Xüsusən də daxili investisiyalar həcm olaraq potensialdan aşağı səviyyədədir. İkincisi bunlar daha çox əlavə dəyər yaratmayan və yüksək tutumu olmayan sahələrə,o cümlədən ictimai iaşə və otelçilik sahəsinə istiqamətlənir. Belə olan halda iqtisadiyyatın müəyyən həlqələri arasında problemlər formalaşır. Bunun qarşısını almaq üçün təbii ki, sahibkarlar aşağı faiz dərəcəli kredilərlə təmin edilməlidir. Xüsusən də burada Mərkəzi Bankın rolu yüksək olmalıdır. Mərkəzi bank uçot faiz dərəcəsini aşağı salmalı və ölkənin bank sektorunda aktiv şəkildə fəaliyyət göstərməlidir”.

Aslan Əzimzadə həmçinin bildirib ki, bunun hər hansısa inflyasiya yaratma təhlükəsi yoxdur. Çünki Azərbaycanda mövcud olan inflyasiyanın pulun bolluğundan deyil, yəni tələb inflyasiyası deyil, təklif inflyasiyası olduğunu qeyd edib: “İdxaldan yaranan bir inflyasiyadır. İdxaldan yaranan inflyasiya olduğu zaman isə inflyasiyaya qarşı mübarizə məqsədilə uçot faiz dərəcəsinin qaldırılması bir o qədər də effektiv deyil. Son müşahidələr onu göstərir ki, Mərkəzi Bank uçot faiz dərəcəsini aşağı salmaqdadır. Lakin bu hələ də dünya təcrübəsinə baxdığımız zaman yüksək bir faiz dərəcəsidir. Kommersiya banklarında sahibkarlara verilən kreditlərin həcm olaraq artırılmasına ehtiyac vardır. Çünki faktiki olaraq bu gün 20, 25, 30 min manatla yalnız kiçik sahibkarlığın bəzi istiqamətlərini kreditləşdirmək mümkündür. Bu kreditlər orta sahibkarlar üçün kifayət qədər həcmdə deyil. Pul kredit siyasətində müəyyən korrektələr olunmasına ehtiyac vardır”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı