Erkən nikahların qarşısının alınması üçün təkliflər və Tədqiqat Hesabatı hazırlanıb
“Azərbaycanda erkən nikahların qarşısının alınması üçün tövsiyələr, ən yaxşı təcrübələr və mexanizmlər” mövzusunda Tədqiqat Hesabatı hazırlanıb. Hesabatda erkən nikah hallarının qarşısının alınması üçün Azərbaycanın beynəlxalq, regional və milli öhdəliklərinın icmalı, ən yaxşı beynəlxalq təcrübənin xülasəsi və tövsiyyələr əks olunub.
QHT.az xəbər verir ki, bu hesabat Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə “Tərəqqi” Sosial Tədqiqatlar İB tərəfindən icra olunan “Ucqar ərazilərdə erkən nikahların başverməsinin qarşısının alınması üçün əlverişli mühit yaradılmasına dəstəyin artırılması” təşəbbüsü çərçivəsində hazırlanıb.
Hesabatla aşağıdakı link vasitəsilə tanış olmaq olar:
Azərbaycanda erkən nikahların qarşısının alınması üçün tövsiyələr, ən yaxşı təcrübələr və mexanizmlər Tədqiqat Hesabatı