Xəbərlər 23.02.2024 22:16 3154

“QHT təmsilçilərinin beynəlxalq miqyaslı tədbirin təşkilatçılığına cəlb edilməsi ciddi bir hadisədir” - QHT sədri

“Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq miqyaslı COP29 layihəsinin Təşkilat Komitəsinin tərkibinə yüksək ranqlı məmurlarla birlikdə bir neçə vətəndaş cəmiyyəti institutu təmsilçisinin daxil edilməsi dövlətin QHT sektoruna olan böyük etimadının aydın nümunəsidir”.

Bu sözləri Gənc İslahatçılar İctimai Birliyinin sədri Fariz Şahbazlı bildirib. O, qeyd edib ki, QHT təmsilçilərinin belə beynəlxalq miqyaslı tədbirin təşkilatçılığına cəlb edilməsi bu sektorun tarixində bəlkə də nadir rast gəlinən ciddi bir hadisədir: “Bu məqam ixtisaslaşdığı sahədə peşəkar və ardıcıl fəaliyyət göstərən QHT-lərə böyük dəstəkdir və gələcək üçün daha da geniş imkanlar vəd edir. Bu məqam hazırda keyfiyyətcə yeni mərhələdə inkişaf edən Dövlət və QHT əməkdaşlığının ən parlaq nümunələrindən biri kimi xüsusi təqdirəlayiqdir”.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı