Xəbərlər 04.03.2024 09:30 1813

Xankəndi-Bakı marşrutu üzrə ultramarafon qaçışı bu gün başa çatır - FOTOLAR

"İdman Həftəsi" çərçivəsində 29 fevral-04 mart tarixlərində Xankəndi-Bakı marşrutu üzrə 380 km məsafəyə ultramarafon qaçışı bu gün başa çatacaq.

QHT.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı