Xəbərlər 12.03.2024 15:39 4151

QHT sədri BMT-də Eşitmə məhdudiyyətli şəxslərin hüquqları haqqında danışıb - FOTOLAR

11-14 mart tarixlərində BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığının Cenevrə qərərgahında BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyası üzrə 30-cu sessiyası keçirilir.

QHT.az xəbər verir ki, sessiyada müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım " (ENMŞSY) İctimai Birliyinin sədri Cəmilə Abdulova xəbər verir ki, Sessiyanın ilk günündə Əlill Təşkilatlar İttifaqının Prezidenti Davud Rəhimli və təşkilatımız tərəfindən BMT-nin  Əlilliyi olan Şəxslərin Hüquqları Haqqında Konvensiyası üzrə hazırladığımız alternativ hesabatları Komitə üzvlərinə təqdim etdik. Təqdimatdan sonra komitə üzvlərini maraqlandıran suallar tərəfimizdən cavablandırıldı. Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin BMT-də iştirakı, bizim üçün çox qürurvericidir. Bu gün səsimizi dünyaya çatdırmağa imkan yaradılıbsa,  demək ki, biz “Səssizliyin səsi” olmağı bacardıq. Alternativ hesabatın hazırlanmasında , səfərimizdə bizə dəstək olan üzvü olduğumuz  Əlil Təşkilatları İttifaqına təşəkkürümüzü bildiririk.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı