Xəbərlər 13.03.2024 09:17 1446

“Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının gənclərlə tanışlığı tədbiri - FOTOLAR / VİDEO

“Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan Qələbə və onun tarixinə həsr edilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının 7 dildə nəşri ilə gənclərin tanışlığına həsr edilən tədbir keçirilib.

QHT.az xəbər verir ki, əsas məqsədi bu kitab vasitəsilə gənc nəslə tarixi həqiqətlərin dolğun və ətraflı çatdırılması və onun geniş təbliğı olan və İctimai Birliyin könüllüləri, fəal gənclər, Bakıda təhsil alan çinli tələbələr, müharibə veteranları, qazilər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə kitabın çin dilindəki nəşri təqdim edilib.

Tədbirin əvvəlində 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə və kitabın ərsəyə gəlməsinə həsr edilən videoçarx nümayiş olunub.

Gənclərin böyük marağına səbəb olan tədbir bədii hissə ilə bağa çatıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı