Xəbərlər 13.03.2024 17:02 1560

Bakı Su Həftəsinin rəsmi açılış mərasimi keçirilib - FOTOLAR

Bu gün Azərbaycanda su təsərrüfatı sahəsində ilk dəfə olaraq baş tutan Bakı Su Həftəsinin rəsmi açılış mərasimi keçirilib.

QHT.az xəbər verir ki, açılış mərasimində hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və xarici qonaqlar iştirak edib. Bakı Su Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən sərgi ilə yanaşı, beynəlxalq konfrans da öz işinə başlayıb.

Etibarlı su təchizatının bundan sonrakı inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətlərin əlçatan edilməsi məqsədilə keçirilən bu tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir. Tədbirdə iştirak edən BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo öz çıxışında ölkədə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların önəmini vurğulayıb.

***

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı