Xəbərlər 27.03.2024 00:38 2614

Mürəkkəb və nuklear ailələr- Zenfira Mustafayeva yazır

Ailəni mürəkkəb və sadə olmaqla iki tipə ayırırlar. Mürəkkəb iki, üç və daha çox nəsildən, baba-nənə, ata-ana və uşaqlardan ibarətdir. Vaxtı ilə mürəkkəb ailələr daha geniş yayılmışdır. Belə ailələr patriarxal ailələr sayılırdı. Bu ailələrdə uşaqların satı 10, 12 və daha çox olardı. Bu ailələrdə hərənin, babanın-nənənin, ata-ananın, böyük qardaşın, kiçik bacının öz yeri var idi. Ailənin bütün həyatı bərqərar olmuş adət və ənənələrlə idarə olunurdu. Bu ailə həm "məktəb", həm "doğum evi", "poliklinika" və ya "aptek" həm də özünəməxsus xaraktet daşıyan "məhkəmə" idi.

Nuklear ailə sadə ailədir. Ata-ana və uşaqlardan ibarətdir. Ailədə uşaqların azalması onun həyatına son dərəcə mənfi təsir göstərir. Çoxuşaqlı ailədə uşaqlar kollektivdə yaşamağı öyrənirlər. Təkuşaqlı ailədə isə uşağın ünsiyyət tələbatı təmin olunmur. Bacı və qardaşın olmaması-uşağın bütün ömrü boyu onun üçün mühüm psixoloji amilə çevrilir.

Əgər ailədə ər və arvad birlikdə yaşayırsa bu tam ailə sayılır. Əgər ər və ya arvad vəfat etmiş və ya boşanmışdırsa bu zaman ailə natamam ailəyə çevrilir.

Boşanma ailənin özəyini təşkil edən insan münasibətlərini pozur. Uşaqlar özgələşir, valideyinlər çox vaxt onların gözündə özgələşirlər. Çalışaq övladlarımız tam ailələrdə böyüsünlər.

 

Zenfira Mustafayeva

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı