Xəbərlər 29.03.2024 23:05 2670

Madaqaskarda qasırğa 18 nəfərin ölümünə səbəb olub

Ada ölkəsi Madaqaskarı təsirləndirən Qamane qasırğasında 18 nəfər həyatını itirib, 20 mindən çox insan isə didərgin düşüb.

QHT.az xəbər verir ki, Qamane qasırğasının qurbanlarının sayı artmaqdadır. Madaqaskar Milli Risk və Fəlakət İdarəetmə Ofisindən (BNGRC) verilən açıqlamada qasırğa nəticəsində ölənlərin sayının 18-ə yüksəldiyi, 3 nəfərin yaralandığı, 4 nəfərin itkin düşdüyü bildirilib. Qasırğa səbəbindən 20 mindən çox insanın didərgin düşdüyü bildirilir. Güclü yağış ölkənin müxtəlif bölgələrində daşqınlara səbəb olarkən, yolların və körpülərin dağıldığı bildirilib.

Qeyd olunub ki, qasırğa ilk dəfə çərşənbə günü ölkənin şimal-şərqindəki Vohemara düşüb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı