Xəbərlər 01.04.2024 23:11 1334

Ziyalılar “Aşıq Ələsgər-200” yubiley medalı ilə təltif ediliblər - FOTOLAR

Azərbaycan ədəbiyyatına, Azərbaycan aşıq poeziyasına və xüsusilə Dədə Ələsgər yaradıcılığına göstərdiyi xidmətlərinə görə "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin idarə heyətinin üzvü Sayad Hüseynov, şair Qılman İman və Müzahim İsgəndərov birliyin ən ali mükafatı "Aşıq Ələsgər 200" yubiley medalı ilə təltif ediliblər. 

QHT.az xəbər verir ki, böyük ustad, azərbaycan şairi Dədə Ələsgər 1821-ci il 22 mart tarixində Göyçə mahalının Ağkilsə kəndində dünyaya gəlmişdir. 2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

QHT.az hər üç dəyərli səbəbkarları şərəfli təltif münasibətilə təbrik edir, can sağlığı bol uğurlar diləyir!

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı