Xəbərlər 05.04.2024 17:50 1859

Gəncədə gənclər üçün ilk məlumatlandırıcı sessiya keçirilib- FOTOLAR

Qərbi Azərbaycan İcması (QAİ) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində gənclər üçün ilk məlumatlandırıcı sessiya bu gün Gəncə şəhərində keçirilib.

QHT.az xəbər verir ki, Azərbaycan Texnologiya Universitetində təşkil edilən tədbirin məqsədi Qərbi Azərbaycandan zorla çıxarılmış azərbaycanlıların öz doğma yurdlarına qayıtması hüququnun, insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməklə, bütövlükdə Azərbaycan ictimaiyyətinin, xüsusən də gənclərin bu amal uğrunda səfərbər edilməsi, Qayıdış konsepsiyasının müddəalarının izahı, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, icmanın fəaliyyəti barədə gənclərin məlumatlılığının artırılmasıdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı