Xəbərlər 19.04.2024 13:38 2972

"Ruben Vardanyanın fəaliyyəti Nobel Sülh Mükafatının rəhbər tutduğu ideal və dəyərlərə tamamilə ziddir"- QHT sədri

"Mən Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədriyəm. Bizim təşkilat 1997-ci ildə Nobel Sülh Mükafatını almış Piyadalar Əleyhinə Minaların Qadağan Olunması uğrunda Beynəlxalq Kampaniyanın tam hüquqlu üzvüdür. Bu səbəbdən bu ali mükafatın verilməsi zamanı tələb olunan kriteriyaları bilirəm və Ruben Vardanyanın fəaliyyəti Nobel Sülh Mükafatının rəhbər tutduğu ideal və dəyərlərə tamamilə ziddir".

QHT.az xəbər verir ki, bu sözləri Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.

Qeyd edək ki, Ruben Vardanyan 2023-cü ilin sentyabrında Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı