Xəbərlər 22.04.2024 10:58 1067

"Azərbaycanın qeyri-neft ixracatının 25 faizi məhz qardaş dövlətin payına düşür" - EKSPERT

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Milli Məclisin profil komitələrində müzakirə edilən bu layihənin sabah plenar iclasda qəbul olunacağı gözlənilir.

QHT.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, 2023-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 30 faiz artaraq 7.6 milyard dollara çatıb: "Yeni anlaşma qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından vacib hesab edilir. Ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq hədəflənir. Azərbaycanın qeyri-neft ixracatının 25 faizi məhz qardaş dövlətin payına düşür. Türkiyə həm ümumi ticarət dövriyyəsində, həm də qeyri-enerji ixracatında Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır".

Ekspert həmçinin bildirib ki, ikiqat vergitutmanın ləğv edilməsi Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcini və qiymətini azalda bilər. Türkiyədən illik idxalımızın həcmi 2 milyard 291 milyon dollardır. İdxalında strukturunda yüngül sənaye, xüsusən də geyim məhsulları və qida malları xüsusi paya malikdir. Bu kontekstdən, yaxın dövrlərdə Azərbaycanda Türkiyədən gətirilən malların ucuzulaşması mümkün ola bilər. İqtisadi baxımdan xərcin azalması qiymətlərin düşməsi ilə müşahidə olunmalıdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı