Xəbərlər 22.04.2024 13:44 1231

Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı keçirildi - FOTOLAR

Bu gün UNEC-də Qərbi Azərbaycan İcması tərəfindən nəşr edilmiş “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirildi.

QHT.az xəbər verir ki, təqdimat zamanı kitabın ideya müəllifı Əməkdar elm xadimi, Şöhrət ordenli, 91-lərdən biri professor Vaqif müəllim Şadlinskinin, elmi redaktoru millət vəkili, professor Hikmət müəllim Babaoğlunun, millət vəkili Musa müəllim Urudun, UNEC kafedra müdiri, Professorlar klubunun rəhbəri professor Əvəz müəllim Ələkbərovun Ulu Öndər Heydər Əliyevlə bağlı maraqlı xatirələrini, fikir və düşüncələrini dinlədik. Heydər Əliyev şəxsiyyətinin ucalığl, ali insani keyfiyyətləri real faktlar əsasında təqdimat iştirakçılarının diqqətinə çatdırıldı.

Hörmətli Vaqif müəllim Şadlinski başda olmaqla kitabın ərsəyə gəlməsində əməyi olan hər bir şəxsiə təşəkkür edirəm.

Hər şey daha da yaxşı olacaq!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı