Xəbərlər 22.04.2024 17:42 1028

22 aprel Beynəlxalq Ana Torpaq Günü ilə bağlı BMT-nin Baş katibinin müraciəti

22 aprel Beynəlxalq Ana Torpaq Günü kimi qeyd olunur. Bu münasibətlə BMT-nin Baş katibi Antonio Quterreş beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

QHT.az həmin müraciəti Azərbaycan dilində sizə təqdim edir:

“İnsanlıq Ana Torpağın günahkar uşağı kimi davranır. 

Yediyimiz yemək, udduğumuz hava və içdiyimiz su üçün təbiətdən asılıyıq. 

Amma biz təbii dünyaya xaos gətirmişik: planetimizi çirklənmə ilə zəhərləyirik, canlıları və ekosistemləri məhv edirik və istixana qazları emissiyası ilə iqlimi qeyri-sabit vəziyyətə gətiririk.

Bu hərəkətlər təbiətə, təbiət isə insanlığa zərər verir. 

Biz qida istehsalını təhlükə altına qoyuruq, okeanı və havanı çirkləndiririk, az sabit, daha təhlükəli mühit yaradırıq və dayanıqlı inkişafı ləngidirik.

Biz birlikdə təbiətlə harmoniyanı bərpa etməli, dayanıqlı istehsal və istehlakı tənzimləməli və özümüzü zərərlərdən qorumalıyıq - iş yerləri yaratmalı, yoxsulluğu azaltmalı və dayanıqlı inkişafa təkan verməliyik.

Bu, biomüxtəlifliyin məhvinin qarşısını almaq, çirklənməni dayandırmaq və qlobal miqyasda istixana qazı emissiyalarını azaltmaq, yerli xalqlara, yerli icmalara və çirklənmə, iqlim, biomüxtəliflik böhranlarından ən çox əziyyət çəkən insanlara dəstək deməkdir. 

Bu, iqlim xaosunun astanasında olan ölkələrə iqlim ədalətinin çatdırılması, maliyyənin sürətlə səfərbər edilməsi, ölkələrin iqlimlə bağlı hərəkətə keçməsi, təbiətin qorunması və dayanıqlı inkişafı dəstəkləməsi deməkdir.

Ölkələr qlobal temperatur artımını 1,5 dərəcə ilə C ilə məhdudlaşdıran yeni milli iqlim planları hazırlamalıdırlar. Bunlar gələcək nəsillər üçün dayanıqlı inkişafın əsasını təşkil edən milli keçid planları və milli investisiya planlarını ikiqat artıra bilər. G20 qalıq yanacaqların sürətli və ədalətli, qlobal miqyasda maliyyələşdirilməklə dayandırılmasına rəhbərlik etməli, planeti boğan plastiklərin qanunsuz istehsalı kimi təbiəti məhv edən subsidiyaların ayrılmasını dayandırmalıdır.

Ana Torpaq ilə münasibətləri bərpa etməyin özü bəşəriyyətdəki ən böyük çətinlikdir.

Hamımız üçün daha yaxşı bir gələcək yaratmaq naminə indi hərəkət etməliyik”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı