Xəbərlər 22.04.2024 20:18 1012

Havanın çirklənməsi dünya üzrə 1,6 milyarddan çox işçinin sağlamlığını risk altında qoyur

Dünyada 1,6 milyarddan çox işçinin sağlamlığı havanın çirklənməsi səbəbindən risk altındadır və eyni sayda insan iş yerlərində ultrabənövşəyi şüaların mənfi təsirləri ilə üzləşir. Belə məlumatlar BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında təqdim olunub.

QHT.a xəbər verir ki, BƏT ekspertləri hesab edirlər ki, “iqlim dəyişikliyi dünya üzrə işləyən insanların 70%-dən çoxu üçün ciddi sağlamlıq riskləri yaradır”. Söhbət xərçəng, ürək-damar və tənəffüs xəstəlikləri, böyrək funksiyasının pozulması və psixi pozğunluqlar kimi xəstəliklərdən gedir. Konkret olaraq, “1,6 milyard insan ultrabənövşəyi radiasiyaya məruz qalır və hər il 18,960-dan çox insan melanoma olmayan dəri xərçəngi səbəbiylə işlə bağlı ölümlə nəticələnir.” Təxminən 1,6 milyard insan da havanın çirklənməsi riski altındadır və nəticədə 860,000 nəfər ölür. 870 milyondan çox kənd təsərrüfatı işçisi pestisidlərin sağlamlığa təsirləri ilə üzləşir. Hər il dünyada 300 min insan pestisidlərdən zəhərlənərək ölür. İş yerində parazitar və vektor yoluxucu xəstəliklərlə yoluxma hər il 15 min insanın həyatına son qoyur.

Hesabatda qeyd olunur ki, "ən son mövcud məlumatlara (2020)" görə, dünyada 3,4 milyard işçinin 2,4 milyarddan çoxu "işləri zamanı müəyyən məqamlarda" həddindən artıq yüksək temperaturdan əziyyət çəkir. 2000-ci ildən bu yana işçi qüvvəsinin “bu payı 65,5%-dən 70,9%-ə yüksəlmişdir”. Hər il dünyada 22,87 milyon “həddindən artıq istidən yaranan peşə xəsarəti” baş verir ki, bu da 19 minə yaxın insanın ölümü və əlillik səbəbindən ümumilikdə 2 milyon ildən çox ömrünün itirilməsi ilə nəticələnir. 2020-ci ildə dünyada 26,2 milyon insan “iş yerində istilik stressi ilə əlaqəli xroniki böyrək xəstəliyi” ilə yaşayır.

 

Pərvanə Fərhadqızı 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı