Xəbərlər 23.04.2024 10:48 2497

“Məhdudiyyəti Sərbəstliyə çevirən Koxlear İmplant möcüzəsi” adlı tədbir keçirilib - FOTOLAR

Sağlamlıq imkanları məhdud uşaqlara tolerant münasibət ailələrdən başlayır.

Aprelin 21-də “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyinin və “EMEDIA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə “Məhdudiyyəti sərbəstliyə çevirən koxlear implant möcüzəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları - Hikmət Babaoğlu, Aydın Hüseynov, Musa Qasımlı, Vüqar İskəndərov, Bakı şəhəri  295 saylı orta məktəbi direktoru Dilarə Cəbrayılova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi, mətbuat katibi Teymur Məmmədov, Yeni Klinikanın əməkdaşları - Nərmin Kazımzadə və Kəmalə Zeynalova, “Həyat” Fondunun rəhbəri Hacı Nuran, Türkiyəli aktyor Erhan Ufak, peşəkar həkim komandası, dövlət nümayəndələri, fəxri qonaqlar, media nümayəndələri və s iştirak ediblər.

Əvvəlcə koxlear implantlı uşaqların ifasında Azərbaycan Respublikasının Dövlət himni ifa olunub, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla  yad edilib.

Tədbiri giriş sözü ilə açan “EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev sağlamlıq imkanları məhdud uşaqların dövlət qayğısı ilə əhatə olunduğunu, onların cəmiyyətə inteqrasiyası istiqamətində səmərəli addımlar atıldığını qeyd edib: “Sağlamlıq imkanları məhdud uşaqlara tolerant münasibət ailələrdən başlayır. Valideynlər övladlarını olduğu kimi qəbul etməli və onlar arasında fərq qoymadan eyni dərəcədə sevgi və qayğı göstərməlidirlər. Fiziki məhdudiyyət onların daxilində gizlənən bacarıqlara əngəl deyil. Biz dövlətimizin fiziki məhdudiyyəti olan, o cümlədən koxlear implantasiyalı uşaqların cəmiyyətə qazandırılması, onların öz həmyaşıdları ilə bərabərhüquqlu olduqlarını hiss etmələri addımlarına dəstək olmalıyıq. Təbii ki, əksər xəstəliklərin kökündə genetik amillər, xüsusilə də qohum evlilikləri dayanır. Sağlam uşaqların doğulması, həmçinin valideynlərin məhdudiyyətli övladlarını “utanaraq” cəmiyyətdən təcrid etməməsi üçün maarifləndirmə önəmlidir. Təşkil etdiyimiz bu cür tədbirlər də əslində cəmiyyətə bir çağırışdır”.

Daha sonra çıxış edən “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Mehriban Hüseynova eşitmə məhdudiyyəti olan uşaqların sosiallaşma, ünsiyyət və təhsil zamanı çətinliklərlə üzləşdiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə erkən diaqnoz və müdaxilə daha ağır fəsadların qarşısını ala bilər. Eşitmə cihazları, koxlear implantlar və digər köməkçi cihazlar eşitmə qüsuru olan şəxslərə səsləri eşitməkdə və ünsiyyətə daxil olmaqda kömək edə bilər.

“Konfransın əsas məqsədi eşitmə məhdudiyyətli uşaqların dünyaya gəlməsindən, onların əməliyyatından və cəmiyyətə inteqrasiya olunması üçün keçdiyi reabilitasiya dövründən və ən əsas da həmin mövzunun genetik araşdırılmasından ibarətdir. Mütəxəssislərin bu sahədə öz təcrübələrini və araşdırmalarını bölüşməsi həmin uşaqların müalicəsi və sağlamlıq vəziyyətlərinin daha da yaxşılaşdırılmasına töhfə verə bilər”, - deyə M.Hüseynova qeyd edib.

Çıxış edən digər qonaqlar Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Koxlear implantasiya” proqramı çərçivəsində aparılan əməliyyatlardan, əməliyyat olunan şəxslərin Fondun dəstəyi ilə reabilitasiya kursuna cəlb olunmasından bəhs ediblər. Həmçinin koxlear implantasiya əməliyyatlarının icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edildiyi və il ərzində icbari tibbi sığorta çərçivəsində koxlear implantasiya əməliyyatlarının icra olunduğu qeyd olunub.

Tədbirin rəsmi hissəsinin sonunda Azərbaycan Respublikasının Dövlət himni ifa edən koxlear İmplantlı uşaqlara sertifikat və hədiyyələr təqdim olunub. Konfrans öz işini panel müzakirələrlə davam etdirib, panel mövzusunun müzakirəsində Koxlear İmplant əməliyyatından, Azərbaycanda ilk dəfə Koxlear İmplant əməliyyatı ATU - nun Tədris Cərrahiyyə Klinikasında 23 noyabr 2015-ci ildə Dr Yusif Hacıyev etmişdir.

Bu gün yenidən Koxlear İmplant əməliyyatının Keçmiş, bu gün, gələcək adı altında panel müzakirəsini hal hazırda Amerika Birləşmiş Ştatlarının Texas Əyalətinin University of Texas Medical Branch xəstəxanadında Professorluq həyatını davam etdirən Dr Yusif Hacıyev çıxış etmişdir. Sağlam körpənin dünyaya gəlməsi üçün sağlam Hamiləlik  necə olmalıdır panel mövzusunu Doğum Uzmanı Dr İlhamə Eldarova biliklərini bizimlə paylaşmışdır.

Ardıyca Dr Neanotoloq Sərxan Elbəyiyev, Milli Hematologiya Transfuziologiya Mərkəzinin Genetik mütəxəssisi Ağarza Ağayev Eşitmə itkiərinə genetik yanaşma panel mövzusunu müzakirə etmişdir.  Reabilitasiya dövründən isə Defektoloq, Loqoped Pərvanə Şükürova çıxış etmişdir. Dinləyici qismində, müxtəlif ixtisaslardan olan həkimlər yer almışdır. Konfransın sonunda bütün çıxışçılara Təşəkkürnamələr təqdim olunmuşdur.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı