Xəbərlər 23.04.2024 12:25 1420

QHT sədri Vyanada çıxış etdi - VİDEO

 

Aprel ayının 22-də ATƏT-in İnsan Hüquqları və Demokratik İnstitutal Bürosunun Avstriyanın paytaxtı Vyana şəhərində ənənəvi təşkil etdiyi İnsan Ölçüsü Konfransında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli çıxış etmişdir.

Konfrans çərçivəsində məşhur Niderland Helsinki Komitəsinin təşkil etdiyi “Münaqişələr zamanı uşaqların zorla köçürülməsi” mövzusunda dəyirmi masa zamanı QHT sədri Ramil İskəndərli Azərbaycanda uşaqlar və onların ailələrinin Ermənistanın Azərbaycan mülki əhalisinə qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər barədə məlumat vermişdir. Ramil İskəndərli öz çıxışında tədbir iştirakçılarına ayrılmış qısa zaman kəsiyində, müharibədən ziyan çəkmiş uşaqların ailələrinin hüquqlarının bərpası üzrə informasiya mübadiləsinin vacib olduğunu vurğulamışdır. Azərbaycanın 2 dəfə Ermənistanla silahlı münaqişəsi olduğunu qeyd edən natıq, 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı 224 azərbaycanlı uşağın erməni əsirliyində olduğu barədə məlumat verdi. Birinci Qarabağ müharibəsi nəticəsində bir milyondan çox azərbaycanlı, uşaqlar da daxil olmaqla, qaçqın və daxili məcburi köçkün olmuşdur. 1992-ci ildə Xocalı soyqırımı zamanı isə 63 uşaq daxil olmaqla 613 nəfər erməni silahlı qüvvələri tərəfindən zorakılıqla öldürülüb.

Ramil İskəndərli eyni zamanda uşaq hüquqların münaqişə zamanı pozulması ilə bağlı beynəlxalq mexanizmlərdən istifadəni vacib edərək, Birləşmiş Millətlər Təşkilatının Müqavilə Organlarının mekanizmlərindən biri olan Uşaqlar Hüquqları Haqqında Komitəyə Ermənistanın mülki əhaliyə qarşı törədiyi cinayətlər nəticəsində Azərbaycanlı uşaqların müharibədən əziyyət çəkdiyi ilə bağlı verilən alternativ hesabat göndərildiyini qeyd etmişdir.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı