Xəbərlər 23.04.2024 13:35 1024

"Yaxşı bilirsiniz ki, QHT-nin təbiət etibarı ilə ərazi iddiası ola bilməz"- Millət vəkili

Qərbi Azərbaycan İcmasının nümayəndəsi kimi ATƏT-in insan ölçüsü istiqaməti üzrə keçirilən “Beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqlarının təşviqində və qorunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusundakı tədbir keçirilib.

Ermənistan Avstriyadakı səfirliyin əməkdaşı iclasın əvvəlində növbədənkənar söz alaraq Millət vəkilimiz Kamal Cəfərovun tədbirdə icmanın nümayəndəsi kimi iştirakına mane olmağa çalışıb və rəsmi İrəvandan gəldiyini iddia etdiyi etiraz məktubunu səsləndirib. Təxribat baş tutmadığı üçün demarş edib, iclas zalını tərk edib.

QHT.az xəbər verir ki, Millət vəkili Kamal Cəfərov çıxışında bildirib ki, bizim təşkilatın heç bir ərazi iddiası yoxdur: "Bizim təşkilat QHT-dir və hər biriniz çox yaxşı bilirsiniz ki, QHT-nin təbiət etibarı ilə ərazi iddiası ola bilməz. Ermənistan nümayəndə heyətinin bu əsassız iddiaları isə onların avtoritar həyasızlığın növbəti nümunəsidir. Əsrlər boyu bizi evimizdən deportasiya ediblər, bizə qarşı etnik təmizləmə həyata keçiriblər. İndi də burada bizim səsimizi kəsmək istəyirlər. Bu isə heç vaxt olmayacaq. Biz həmişə həqiqətləri ifadə edəcəyik, biz həmişə faktları deyəcəyik".

Millət vəkili həmçinin qeyd edib ki, tədbirin sonunda gördüm ki, erməni diplomat koridordadır, nə zala daxil olurdu, nə də səfirliyinə getmək istəyirdi. 

Daha ətraflı videoda:


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı