Xəbərlər 24.04.2024 20:07 1417

Deputat 2024-cü ilin gəlir və xərclərini analiz edib

"2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 234 milyon manat, xərcləri isə 8 milyard 412 milyon manat olub. Bu o deməkdir ki, bu müddətdə 821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. Proqnozla müqayisədə büdcə gəlirləri 8,1 faiz, büdcə xərcləri isə 33.8 faiz çox icra olunub. Həm neft-qaz, həm də qeyri-enerji sekorundan büdcəyə daxil olmalar proqnozlaşdırılandan daha çox olub".

QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, büdcə göstəriciləri elan ediləndən sonra ən çox ünvanlanan suallardan biri də 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlıdır: "Bir sıra əvvəlki illərdə profsit səbəbindən dövlət büdcəsinə yenidən baxılaraq dəyişikliklər edilib. “Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclisi qarşısında məsələ qaldırıla bilər".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı