Xəbərlər 25.04.2024 13:32 2273

“Heç kimə sirr deyil ki, Fransa və Yunanıstan birmənalı şəkildə türk dünyasına qarşı qərəzli mövqedə dayanır”- QHT sədri

Prezident İlham Əliyev: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az –a açıqlamasında bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamilə razılaşmalıyıq ki, əgər ölkəmizə qarşı hansısa başqa dövlətlərdən təhdidlər varsa, bu və ya digər formada Ermənistanın ardıcıl olaraq silahlandırılması və dəqiq mənbələrdə məlumatlar varsa Azərbaycan da öz demək strateji gücünü ortaya qoymalıdır: “Bu problemlə bağlı biz əlimizi qolumuzu bağlayıb oturub gözləməməliyik. Planlar üzərində düşünməliyik. Ölkə rəhbərliyi də bu istiqamətdə görünür, konkret addımlar atmağı düşünür və özünün administrasiyasının ölkə siyasətini idarə edən əsas fiqurların, güc strukturlarının bununla bağlı konkret hədəflərin olması birmənalı şəkildə istisna deyil".

QHT sədri həmçinin bildirib ki, ölkənin dövlət təhlükəsizlik xidməti orqanlarının bu istiqamətdə fəaliyyətləri var, xarici siyasi, hərbi təcavüz problemlərin, təcavüzlərin gözlənilə biləcək risklərin aradan qaldırılması ilə bağlı görünür: "Dövlətin müəyyən strukturları bununla bağlı işləyirlər. Onların əlində ətraflı məlumatlar var. Eyni zamanda silah, sursat satışı ilə bağlı statistik məlumatlar var. Heç kimə sirr deyil ki, Fransa və Yunanıstan birmənalı şəkildə Azərbaycana və bütövlükdə türk dünyasına qarşı qərəzli mövqedə dayanır. O cümlədən də Hindistan son vaxtlar bu prosesə qoşulur və bununla bağlı həmin statistik məlumatlarla silah, sursat satışı ilə bağlı görünür. Dəqiq və çox əhatəli ölkə rəhbərliyində məlumatlar var və bu məlumatlar olduğu halda məhz biz əlimizi qolumuzu bağlayıb oturası deyilik ifadəsini bilərəkdən bu məsələlərə adekvat olaraq səsləndirir”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı