Xəbərlər 29.04.2024 10:23 1117

 Şəhidimiz Fərrux Hüseynovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Fərrux Hüseynov 29 aprel 1995-ci ildə Kürdəmirin Şilyan kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2012-2016-cı illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 9 noyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Fərrux Hüseynov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı