Xəbərlər 02.05.2024 20:22 1246

"Könüllü DOST" proqramının 5 illiyinə həsr olunmuş “TeaTalks with DOSTs” adlı tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin "Könüllü DOST" proqramının 5 illiyinə həsr olunmuş “TeaTalks with DOSTs” adlı tədbir keçirilib.

 

"Könüllü DOST" proqramının “Könüllü Klubları” çərçivəsində premium “TeaTalks with DOSTs” tədbirinin keçirilməsində əsas məqsəd könüllü gənclərlə hökumət rəsmilərinin, CEO-ların və digər top menecerlərin görüşlərinin təşkili, onların uğur hekayələrini könüllülərlə paylaşmaları, gənc könüllülərdə liderlik bacarıqlarının inkişafına dəstək göstərməkdir.

 

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində baş tutan tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin sədr müavini Ceyhun Salmanov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli və digər qonaqlar iştirak ediblər. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov isə tədbirin moderatoru olub.

 

A.Əliyev "Könüllü DOST" iştirakçılarını proqramın 5 illiyi münasibətilə təbrik edib. O, ölkəmizdə könüllülük hərəkatının genişlənməsində "Könüllü DOST" proqramının önəmini diqqətə çatdırıb.

 

Nazir müavini DOST brendinin qısa müddətdə böyük uğur qazanmasında, DOST mərkəzlərində yüksək vətəndaş məmnunluğuna nail olunmasında proqram iştirakçılarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Könüllülərin xüsusi qayğıya ehtiyacı olan şəxslərə yardım etmək kimi nəcib işlə məşğul olaraq bu sahədə dəstək göstərdiklərini, eyni zamanda sosial sahə ilə bağlı böyük təcrübə qazandıqlarını bildirib. 

 

Digər çıxış edənlər "Könüllü DOST" proqramı iştirakçılarını təbrik edərək, könüllülüyün əhəmiyyətindən bəhs ediblər.

 

Daha sonra könüllülər üçün “CEO Talks” təlimi keçirilib. Çıxış edənlər gənclərlə idarəçilik sahəsində bilik və bacarıqlarını bölüşüb, onlara gələcək karyera fəaliyyətləri üçün dəyərli tövsiyələrini veriblər. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı