Xəbərlər 13.05.2024 13:19 1694

Vətən Müharibəsi Qəhrəmanı - şəhid XTQ baş giziri Mehrab Niftəliyevin doğum günüdür

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2002-ci ildə müddətli hərbi xidmətə yollanan Mehrab xidməti dövründə xüsusi təyinatlılara seçilib və əsgərliyini bitirdikdən sonra da orduda qalmaq qərarına gəlib. 18 il XTQ üzvü olan Mehrab Niftəliyev 2016-cı ilin "Aprel" döyüşlərinin də iştirakçısı olub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 8-də Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub

Mehrab Niftəliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı